Məşhur aktyorun qızıyla nişanlısı eyni yaşdadır.

Məşhur aktyorun qızıyla nişanlısı eyni yaşdadır.

Hazırda oxunan: Məşhur aktyorun qızıyla nişanlısı eyni yaşdadır.

3761

62 yaşlı aktyor özündən 38 yaş kiçik nişanlısının onun həyatını dəyişdiyini söyləyib. Dolf Lundqren verdiyi müsahibələrin birində əslində heç kimlə münasibətə başlamaq istəmədiyini bildirib.

Lundqren 2017 – ci ildə Cenni Sandersondan ayrıldıqdan sonra bir müddət depressiyaya düşüb. Lakin aktyor 2019-cu ildə idman salonunda Norveçli şəxsi idman məşqçisi Emma Krokdal ilə tanış olub. Bundan sonra onların sevgiləri başlayıb.

“Sonuncu münasibətimdə qəlbim qırıldığı üçün heç kim ilə münasibətə başlamaq istəmirdim lakin Emma qarşıma çıxdıqda hər şey çox fərqli oldu. O mənim həyatımı tamamilə dəyişdi” – deyə aktyor açıqlayıb.

Həm özünün həm də nişanlısının idman həvəskarı olduğunu ifadə edən Lundqren, ''Emma mənə bilmədiklərimi öyrədir. Çünki idman proqramlarında yeniliklər var. 1980-ci illərdə Stallon ilə çalışdığım zaman bu mövzuda anlayış çox fərqli idi''. – deyə bildirib.

Məşhur aktyor ilk evliliyi 1991-ci ildə Fairi Momm ilə olub. Bu evlilik yalnız bir il davam edib. Daha sonra Lunqren ikinci evliliyini Anette Quviberqlə edib. Bu evlilik 1994 – cü ildən 2011 -ə qədər sürüb. Cütlüyün bu evlilikdən İda və Greta adlı iki qızı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO