“Məndən olsa, indi ərə gedərəm” - Rəqsanənin qızı 

“Məndən olsa, indi ərə gedərəm” - Rəqsanənin qızı 

Hazırda oxunan: “Məndən olsa, indi ərə gedərəm” - Rəqsanənin qızı 

36932

Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova şəxsi həyatından danışıb. 

O bildirib ki, evlənmək üçün ona şou-biznesdən elçi düşənlər var: 

"Şou-biznesdə 3 nəfər mənə elçi düşdü, razı olmadım. Çünki arada sevgi yox idi. İstəmərəm ki, ailə qurduğum şəxs tanınmış olsun. Çünki tanınmışın xanımı olmaq çətindir. Ailə qurandan sonra sənətdən getmək istəyirəm. Ailə qurmağı düşünürəm. Məndən olsa, indi ərə gedərəm. Çünki mən ailə xəstəsiyəm. Amma heç vaxt özümdən yaşca kiçik bəylə evlənmərəm. Evlənəcəyim şəxs məndən maksimum 10 yaş böyük ola bilər.  

Toy olmadan övlad dünyaya gətirmərəm. Bu günü düşünmərəm, uşağın gələcəyini düşünərəm. Mənlə ailə qurmaq istəyən şəxs boşanmış bəy də ola bilər.

Bu, normaldır. İlk evliliyi uğursuz olub, indi ikinci dəfə ailə qurur. Bu, qismət işidir. Amma evli ola-ola kimləsə gəzmək, kimdənsə övlad dünyaya gətirmək biabırçılıqdır. Sırf ailə qurmaq xatirinə ailə qurmaq istəmirəm. Sevgi ilə yaranan hər şey gözəl olur. Nəyəsə görə ailə qurmaqdansa, ata evimdə oturaram. Heç zaman düşünməmişəm ki, ailə quracağım şəxs imkanlı olacaq. Əsas onun mənə saf sevgisi, tərbiyəsi olsun. Yaraşıqlı oğlanları sevmirəm. Əsas xarakteri olsun”. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO