Manaf Ağayev yeni doğulan nəvəsinə qonaqlıq etdi - VİDEO

Manaf Ağayev yeni doğulan nəvəsinə qonaqlıq etdi - VİDEO

Hazırda oxunan: Manaf Ağayev yeni doğulan nəvəsinə qonaqlıq etdi - VİDEO

34936

Müğənni Manaf Ağayev yeni doğulan nəvəsinə qonaqlıq edib.

Bizim.Media xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri qatılıblar. Gecədən görüntülər sosial şəbəkədə yayımlanıb.

Ağayevin qız nəvəsi dünyaya gəlib. Körpəyə Jasmin adı qoyulub. Məclis Jasminin dünyaya gəlməsinin 40 günü münasibətilə keçirilib.

Qeyd edək ki, Manaf Ağayevin Səmayyə adlı bir qızı, Elçin və Müşviq adlı iki oğlu var. İfaçının böyük oğlu Elçin 2017-ci ildə ailə qurub. Onun Manaf adlı bir oğlu var. Müğənni pandemiya ərəfəsində kiçik oğlu Müşviqi nişanladığını, onun toyuna hazırlaşdığını açıqlamışdı.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO