Şou dünyasının xəstə ulduzları

Şou dünyasının xəstə ulduzları

Hazırda oxunan: Şou dünyasının xəstə ulduzları

3422

Dünyaca məşhur ulduzların həyatı çoxları üçün cazibədar görünür. Amma onların hansı problemləri yaşadıqları, hansı xəstəliklərdən əziyyət çəkdikləri çox vaxtı cəmiyyətdən gizli qalır. 

Bizim.Media çoxlarının kumiri olan bu məşhurların bir neçəsinin xəstəliyi haqda məlumat əldə edib.

Hamının sevimlisi Pamela Andersona 2002-ci ildə Hepatit C diaqnozu qoyulub. Bu xəstəlik 90 – cı illərdə eyni iynə ilə döymə etdirdikləri üçün ərinə də yoluxub. 

13 il müalicə olunduqdan sonra, 2015 - ci ildə yeni bir müalicə üsulu ilə tamamilə xəstəlikdən sağalıb.

Hal-hazırda 52 yaşındakı Helli Berri, 30 ilə yaxındır diabetlə mübarizə aparır. Ona görə ömürlük pəhriz qaydalarına əməl etmək məcburiyyətindədir.

Demək olar ki, bir çox qidanı və spirtli içkini tamamilə menyusundən silib.

Eyniylə Tom Henks da şəkərli diabetdən əziyyət çəkir. Tom 20 ildir ki, xəstəliklə mübarizə aparır.

Disleksiya xəstəliyindən əziyyət çəkən Tom Kruzun uşaqlığı o qədər də asan olmayıb. Xəstəliyin Kruzun oxumağı və yazmağı öyrənməsinə çətinlik yaradıb. Getdiyi hər məktəbdə bu xəstəliyinə görə alçaldılan Kruz sonda özünü aktyorluq sənətində tapa bilib və məşhurluq qazanıb.

Döş xərçəngi səbəbindən anasını və xalasını gənc yaşlarda itirən Angelina Colinin də bu xəstəliyə tutlma ehtimalı var idi. Bu səbəbdən aktrisa gələcəyi üçün mastektomiya əməliyyatı keçirib.

Mayli Sayrus artial fibrilasyon adlanan xəstəlikdən əziyyət çəkir. Onun ürək ritimləri normaldan artıq döyünür.

Sərçə barmağı titrədiyi üçün həkimə gedən Maykl Cey Foks parkinson xəstəliyinə tutulduğunu öyrənir öyrənir. Həkim Foksa ömrünün normal şəkildə keçməsi üçün 10 ilinin qaldığını söyləyib. 

Bunu öyrəndikdən sonra Foks kariyerasına ara verib və sağlamlığı ilə məşğul olub. Bu dövrdə o, insanlara parkinson xəstəliyi ilə necə mübarizə aparmağın yollarını izah edən 3 kitab yazıb.

Həmçinin Foks xəstəliyin araşdırılması üçün xeyriyyə çəmiyyəti də yaradıb.

Aliyə İlyas, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO