Səidə Sultandan vaksinasiyaya qarşı iddia: “Bəlkə hamımız zombiləşdik?” - FOTO 

Səidə Sultandan vaksinasiyaya qarşı iddia: “Bəlkə hamımız zombiləşdik?” - FOTO 

Hazırda oxunan: Səidə Sultandan vaksinasiyaya qarşı iddia: “Bəlkə hamımız zombiləşdik?” - FOTO 

33771

“Kim mənə qarant verəcək ki, vurdurduğum peyvəndin 5-10 ildən sonra hansısa fəsadları olmayacaq?” 

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur müğənni Səidə Sultan öz İnstaqram hesabından etdiyi son paylaşımda qeyd edib. 

Belə ki, türkiyəli müğənni Yıldız Tilbənin anti-vaksinasiya təbliğatına dəstək verən Səidə peyvəndlərin mənfi fəsadları ilə bağlı “zombi” teoremini irəli sürüb: 
 

MÖVZU İLƏ BAĞLI:

"Virusdan qorumayan vaksini niyə vurdurum?" - Yıldız Tilbe


“Bəlkə elə sonda hamımız zombiləşdik? İmkan verin həyatımızı yaşıyaq, özümüzün qayğısına qalaq. Əvvəllər vaksinasiyanın məcburi olmadığını bildirdilər. İndi niyə məcburidir? İnanın ki, siz canımızı bizim qədər istəyə bilməzsiniz”. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində sentyabrın 1-dən etibarən vətəndaşların restoranlara, mehmanxanalara və bir sıra iaşə obyektlərinə buraxılmadan öncə COVİD-19 pasportlarının yoxlanılacağı elan olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO