Müğənni Niyam Salami vəsiyyət edib.
Bizim.Media xəbər verir ki, müğənni “Onun sirri” verilişinə açıqlamasında öləndən sonra onu anasının ayağının altında dəfn olunmasını istəyib:
"Tək yaşamaqdan qorxmuram. Allah məni əzabla öldürməsin. Nə qədər gülsəm də, danışsam da həyat mənim üçün sönüb. Nə yaxşı bacılarım, qardaşlarım olub. Tək qalanda özünə qapanırsan və heç kimin səndən xəbəri olmur ki, nə fikirləşirsən.
Heç kimə deyə bilmərəm "Mən anamı çox istəyirəm". Hamı anasını sevir. O, Allahla sənin aranda olan bir şeydir. Yaxşı ki, ibadət edə bildim. Anam üçün dualar edirəm.
Bilmirəm nə vaxta qədər gözüm quruyacaq, amma Allahdan arzum budur ki, anama qovuşa bilim. Ayağının altında da olsa, yer tapıb orada məni basdırsınlar".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
01:00 / 10.08.2021
Niyamın vəsiyyəti: \"ayağının altında da olsa...\"
Hazırda oxunan: Niyamın vəsiyyəti: \"ayağının altında da olsa...\"
Hazırda oxunan: Niyamın vəsiyyəti: \"ayağının altında da olsa...\"
31948
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.