Hansı tanınmış adamlar falçıya gedir? - SİYAHI

Hansı tanınmış adamlar falçıya gedir? - SİYAHI

Hazırda oxunan: Hansı tanınmış adamlar falçıya gedir? - SİYAHI

31611

Bir müddət əvvəl lerikli milyonçu molla Məmmədsəfanın sərgüzəştləri ölkə gündəmini zəbt etmişdi. O zamanlar bu hadisə böyük səs-küyə səbəb olmuşdu. Məsələdə bəzi məmurların və məşhur sənət adamlarının adlarını hallanması isə hadisəyə başqa bir rəng qatmışdı. 

Məmmədsəfanın qapısına “pənah” aparan məşhurlar arasında Elnarə Abdullayeva, Xoşqədəm Hidayətqızı, Manaf Ağayev, Namiq Qaraçuxurlu və Mətanət Əsədovanın da adı çəkilirdi. Hətta sonuncunun bu haqda videosu da yayılıb. Mətanət xanım isə bu videoya açıqlamasında sadəcə, müalicəyə getdiyini də söyləyib.

Nədənsə çox zamanda falçılar eyni şou biznes nümayəndələrinin adlarını sadalayırlar. Falçılar özlərini ulduzlarla reklam edir... 

Bəli, düz eşitdiniz. Bu gün söhbət edəcəyimiz Mirhəsən Ağa da məhz söhbət əsnasında bunu vurğulayıb.

Əvvəllər Sabirabadda fəaliyyət göstərən “ağa” işlərinin yaxşı getdiyindən, müştərilərinin rahatlığını nəzərə alaraq əvvəl Sulu təpə ərazisinə, daha sonra isə Masazıra köçüb. Onun həyat yoldaşının dediyinə görə “ağa”nın yanına bir çox yüksək ranqlı məmurlar da gəlir. Şou adamları isə öz yerində. Adlarını sadalayanda isə eyni insanların siyahısı gözlər önünə gəlir. Qadının iddiasına görə, Röya, Aygün və digər məşhur simalar da Mirhəsənin qonağı olub.

Söhbət əsnasında o, bildirir ki, həyat yoldaşı əsasən insanların işlərini “yoluna qoyur”, paxıl insanların nəfsindən və cadusundan təmizləyir. Bundan sonra isə “ağa”ya pənah gətirən insanın işləri “yağ kimi” gedir.

Psixoloqlar isə falın heç bir elmi əsası olmadığını düşünür. Onların sözlərinə görə, psixologiyada proqramlama adlı bir anlayış var. Falçılar da insanları proqramlamaq ilə məşğuldurlar. Belə olduqda da falçının proqnozundan 1-2 nəsə düz çıxan kimi insanlar şüuraltı olaraq onlara inanırlar.

Dövlət adamlarının falçılara münasibəti

Söhbət təkcə falçılardan çıxmayan bizim nazir və məmur arvadlarından getmir. Bu haqda dəfələrlə mətbuat da yazıb ki, məmurlarımızın çoxu bu iradəsi ilə fironluq etmək niyyətindədir.

Günü falçılarda keçən məmur arvadları da ərlərinin yolunu və bədnəzərini təmizləməklə, dil-ağız bağlamağla məşquldurlar.

Gerçəkdə isə tatixdə bolqar qadın Vanqa da olub ki, onun da xidmətindən SSRİ məmurları, başbilənlərindən tutmuş, postsovet məkanında çoxları istifadə edib.

Azərbaycanlı məşhur parapsxoloq Tofiq Dadaşov yəqin çoxlarının yadında olar. Tofiq Dadaşov özü müsahibələrində etiraf edib ki, Mərkəzi Komitədə onun xidmətlərindən çox yararlanıblar. Hətta SSRİ Xarici İşlər nazirinin bir çox danışıqlarında o, yoldaş nazirin yanında olub və qarşı tərəfə magik gücü ilə təsir etməyə çalııb.

Ondan sonra da ağ və qara magiyalardan istifadə edən çox dövlət rəhbərləri olub.

Söylənilənlərə görə, Rusiay prezidenti Vladimir Putinin hər il iki dəfə belə bir ayini var. O, Altaylarda və Saxada olan şamanların xidmətindən istifadə edərək üzərindəki mənfi enerjini təmizlədir. Şaman xidmətindən istifadə edən bir çox ölkədən xeyli nazir və dövlət başçıları da var.

Xarici ulduzların astrofobiyası

Azərbaycan məşhurları ilə yanaşı xarici şou nümayəndələri də magiya aludəçisidir. Bu bizdə gizlədilsə də oralarda açıq-aydın nümayiş olunur.

Ledi Qaqa 

Təəccüblüdür ki, müğənni astroloqu ilə məsləhətləşməmiş heç bir konsertə çıxmır. İfaçı inanır ki, astroluqunun seçdiyi gün, onun bilet satışına və konsertin uğurlu keçməsinə böyük təsir göstərir.

Ancelina Coli 

Məşhur aktrisa da məsləhət almaq üçün astroloqlara müraciət edir. Buddist astrologiyası da daxil olmaqla şərq praktikalarına uyğun olaraq o bütün günlərini planlayır.  Aktrisanın həmkarları arasında hətta onun film premyeralarının gününü də falçısı ilə razılaşdırdığı haqqında söz-söhbət gəzir.

Kemeron Diaz

Ekstrasenslərə üz tutuan məşhur Hollivud simalarından biri də aktrisa Kemeron Diazdır.  O, uzun illərdir ki, bir çox Hollivud ulduzu kimi, ABŞ -ın ən məşhur astrologlarından biri olan Suzi Millerin xidmətlərindən istifadə edir. Kemeron, bahalı bir malikanə almadan belə, onunla məsləhətləşir və yalnız proqnozu aldıqdan sonra müqavilə ilə bağlı son qərarını verir.

Nensi Reyqan

ABŞ -ın 40 -cı Prezidentinin xanımı astrologiyaya olan ehtirasını açıq şəkildə bildirən ilk məşhur şəxsiyyətlərdən biri olub. Nensi hətta astroloqlarla müraciət etməyinin səbəbini Ronald Reyqana sui- qəsdən sonra olduğunu deyib. Məhz o zamandan sonra o, astroloqun köməyi ilə prezidentin iş qrafikini qurduğunu da bildirib. 

Bred Pit

Məşhur aktyor da fala aludə olan ulduzlardandır. O, hətta Ancelina Coli ilə boşanmamaq üçün astroloqların köməyindən istifadə etdiyini də bildirib. Lakin ekstrasenslər ona boşanacağını bildiriblər və olanlar olub. O gündən sonra Pitin falçılara inamı daha da artıb. 

Ceniffer Lopes

Siyahıda Ceniffer Lopez də var. O da astroloqunun məsləhəti olmadan heç bir addım atmadığını etiraf edib. Hətta ulduz toylarını belə onlarla planlayır. Onun hətta aktyor Ben Affleklə toyunu məhz falçısının “uğursuz ailə” proqnozu verdiyi üçün təxirə saldığı da iddia olunur.

Tom Kruz

Aktyor Tom Kruz da aktrisa Nikol Kidmanla ayrılacağı barədə əvvəlcə falçısından məlumat alıb. Daha sonra isə onun öncəgörməsi yerinə yetib və cütlük nigahlarına son qoyub. Bu da aktyorun inamını daha da artırıb. Hazırda iddialara görə, o, bütün həyatını astroloqlarla məsləhətləşir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO