Məşhur türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat yenidən saxlanılıblar.
Bizim.Media xəbər verir ki, məşhur cütlük Çekmeköydəki villasında "narkotik istifadəsini təşviq etmək" ittihamı ilə jandarma qrupları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı əməliyyatın detalları barədə rəsmi açıqlama hələlik verilməyib.
Qeyd edək ki, cütlük daha əvvəl “çirkli pulların yuyulması” və vergidən yayınma ittihamı ilə həbs edilmişdi. Onların 40 ilə qədər həbsi tələb edilirdi. Ötən ilin avqustunda Dilan Polat, sentyabrın əvvəlində isə Engin Polat haqqında azadlığa buraxılma əmri verilib və onlar sərbəst buraxılıblar.
Engin Polat 10 aya yaxın həbsxanada idi.
Bizim.Media