Hollivud aktrisası Demi Mur radikal şəkildə imicini dəyişib.
Bizim.Media xəbər verir ki, aktrisa yeni görünüşünü Instagram səhifəsində yayımlayıb.
62 yaşlı ulduz bu dəfə kamera qarşısına uzun “çolka” ilə çıxıb. O, xatırladıb ki, sonuncu dəfə bu üslubda 1996-cı ildə, onun rol aldığı “Striptiz” filmi zamanı olmuşdu. İnternet istifadəçiləri aktrisanın yeni görünüşünə heyran qalıblar.
“Çolkaları saxla”, “Çox gözəl, həddindən artıq yaxşı görünürsən! Biz səni sevirik!”, – deyə pərəstişkarları şərhlərdə yazıblar.
Xatırladaq ki, sentyabrın sonunda Demi Mur Milanda Moda Həftəsi çərçivəsində keçirilən Gucci qısametrajlı filminin premyerasında iştirak edib. O, fotoqraflar qarşısına mis rəngli, parıltılı maxi-libasla çıxıb, görünüşünü iri üzük və aksessuarlarla tamamlayıb.
Bundan əvvəl aktrisa Nyu-York Moda Həftəsində Kering Foundationun illik qala gecəsində qara dar paltar, yüksək yarıq və uzun boğazlı geyimlə diqqət çəkmişdi. Onun obrazını hündürdaban ayaqqabılar, daşlarla bəzədilmiş sırğalar və yumşaq dalğalı saç düzümü tamamlayıb.
Bizim.Media