Məşhur aparıcı pərəstişkarlarını heyran etdi – FOTO

Məşhur aparıcı pərəstişkarlarını heyran etdi – FOTO

Hazırda oxunan: Məşhur aparıcı pərəstişkarlarını heyran etdi – FOTO

274331

Rusiyanın “Birinci Kanal”ının məşhur aparıcısı Yekaterina Andreyeva çimərlik geyimindəki fiqurunu nümayiş etdirib. O, hovuzda qara monokini ilə poza verərək fotolarını Instagram səhifəsində paylaşıb. 

Bizim.Media xəbər verir ki, paylaşımdan məlum olub ki, jurnalist hazırda Soçidədir.

Pərəstişkarları onun görünüşünə heyran qalıb və şərhlərdə belə yazıblar:

«Mükəmməlliyin özü», «Möhtəşəm qadın», «İnanılmaz gözəllik», «Su pərisi», «Qüsursuz», «Hər zaman möhtəşəmsiniz», «Gənclərə meydan oxudunuz», «Sadəcə ilahə», «Yaşsız qadın»,  «Sizə heyran olmaqdan yorulmuram».

Xatırladaq ki, Andreyeva 2022-ci ildə əsl yaşını açıqlayıb. Onun sözlərinə görə, “Vikipediya”da 1961-ci il doğum tarixi göstərilsə də, o, əslində 1965-ci ildə anadan olub.

Jurnalist bir müddət əvvəl gözəllik və gənclik sirlərini də pərəstişkarları ilə bölüşüb. 

O bildirib ki, həmişə eyni vaxtda yatır, otaqda isə tam qaranlıq və ideal temperatur (17–20 dərəcə) olmasına diqqət edir, qidalanmasını ciddi nəzarətdə saxlayır, çoxlu su içir və idmanla məşğul olur, dəri tonusunu qorumaq üçün kosmetoloqa müraciət edir, amma heç vaxt ciddi cərrahi əməliyyata müraciət etməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO