Fotoşopla incə görünmək istədi - gülüş doğurdu – VİDEO

Fotoşopla incə görünmək istədi - gülüş doğurdu – VİDEO

Hazırda oxunan: Fotoşopla incə görünmək istədi - gülüş doğurdu – VİDEO

274293

Müğənni İradə Mehri arıqdüşmüş görünmək və daha incə belli olmaq istəyərkən xoşagəlməz vəziyyətlə üzləşib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə paylaşdığı görüntülərin birində istifadə etdiyi redaktə proqramı düzgün işləmədiyindən, bədəninin müxtəlif nahiyələri təhrif olunmuş formada görünüb. Bu isə müğənninin bədən quruluşunu təbii gözəllikdən uzaq, eybəcər hala salıb.

İzləyicilər həmin görüntüləri fərq edərək, videoya müxtəlif şərhlər yazıblar. Bəziləri müğənnini tənqid edib, bəziləri isə bunu sadəcə uğursuz redaktə kimi qiymətləndiriblər.

Qeyd edək ki, son zamanlar bir çox məşhurun sosial şəbəkədə ideal görünmək üçün proqramlardan istifadə etməsi və nəticədə oxşar xoşagəlməz hallarla gündəmə gəlməsi adi hal alıb. (Milli.Az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO