Xatun: “Villa dəyərində mənzil almışam, qarajı 45 minə satırlar” - VİDEO

Xatun: “Villa dəyərində mənzil almışam, qarajı 45 minə satırlar” - VİDEO

Hazırda oxunan: Xatun: “Villa dəyərində mənzil almışam, qarajı 45 minə satırlar” - VİDEO

274227

Müğənni Xatun Əliyeva yaşadığı binadan şikayətlənib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Günə bax”da danışıb.

Xatun deyib ki, yaşayış komplekslərinin birində yerləşən mənzilə külli miqdarda pul ödəsə də, şikayətləri var:
 

“Hamımız əziyyət çəkib, yaşayış kompleksindən ev alırıq. Fikir veririk ki, şəhərin mərkəzində, yaxşı yerdə olsun. Qarajları kriayə vermirlər, baha qiymətə satırlar. Fikirləşirəm ki, 40-45 minə qaraj niyə alıram? Ev alaram da. Həyət var, ora özlərinə lazım olanda maşınları buraxırlar. Əgər görsəm ki, heç kimin maşınınına icazə vermirlər, deyərəm qayda budur. Amma dikdabanda gəzə bilməyənlərə icazə verilir, sürücümü isə incidiblər.


Efirə gəlirdim, istədim ayaq saxlayıb, video paylaşım. Bunu necə həll etmək olar? Binaya pul vermişəmsə, qarajdan istifadə etmək haqqımdır. O pulu verdiyimə gedib villa alardım. Çünki villa dəyərində evdir. Sadəcə arzum o binada mənzilimin olmağı idi. Ev Xətaidə Ali Məhkəmənin yanındadır. Hələ adınızı çəkmirəm, amma oradakı bəzi sakinlər də sizdən şikayətçidir”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO