"Çalışıram ki, tələbə, mağazada işləyən, kassir, az büdcəsi olan konsertimə gələ bilsin. Mənim konsertimdə birinci sırada bilet 60 manat idi. Digər həmkarları qınamıram. Onlar konsertə xərclənən məbləği çıxartmaq üçün 100-200-300 manata bilet satırlar. Çalışıram yükü tamaşaçının üstündən götürüm. Bunun üçün sponsorlar var. Sponsor pulu ödəsin, tamaşaçı əlini rahatlıqla cibinə salsın. Tamaşaçı qazandığı pulla sənə səs verir".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev aparıcı Kazım Sübhanın "Mədəni şou" proqramında danışıb.
Müğənni konsertlərində bilet qiymətinin ucuz olmasından danışıb.
Proqramda qonaq olan Əməkdar artist Dilarə Əliyeva isə "O qədər mahnılar, komanda ilə çalışır, geyim, səhnə və bilet 60 manatdır. Mənim "stand-up"ımın bileti isə 150 manat idi" reaksiyasını verib. (axşam az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:35 / 06.10.2025
"Faiq Ağayevin konsertində bilet 60, məndə isə 150 manat idi"
Hazırda oxunan: "Faiq Ağayevin konsertində bilet 60, məndə isə 150 manat idi"
Hazırda oxunan: "Faiq Ağayevin konsertində bilet 60, məndə isə 150 manat idi"
274218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.