"Paylaşımıma qeyri-etik sözlər yazdılar"

"Paylaşımıma qeyri-etik sözlər yazdılar"

Hazırda oxunan: "Paylaşımıma qeyri-etik sözlər yazdılar"

273672

"Hər zaman deyirəm ki, bildirdiyimiz fikirlər bəzən olduğu kimi qarşılanmır. Heç bir vəziyyət göründüyü kimi olmur. Hansısa fikrin birmənalı qarşılanması üçün gərək 1 saat danışasan ki, qarşındakına nədən bəhs etdiyin aydın olsun".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Qonaqcanlı" verilişində deyib.

Sənətçi bu məsələdə həyat yoldaşının ona verdiyi məsləhətdən də danışıb:

"Efirdə bir cümlə deyirəm, sonra özüm də baxıram ki, fikrim bir az başqa cür çıxıb. Əslində isə heç belə demək istəmirsən. Bu yaxınlarda da nəsə paylaşmışdım.
 

Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki... Həyat yoldaşım Fəxrəddinə zəng etdim. Soruşdum, səncə, necə cümlə işlətməliyəm ki, əslidə belə olmadığını anlasınlar. Dedi ki, heç kimə nəyisə sübut etməyə çalışma.


Buna ömrünü sərf etmə, əsəbiləşmə. Sözünü demisən və səni tanıyan insanlar bilir ki, necə insansan". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO