Əməkdar artist Kübra Əliyeva efirdə qəzəblənib.
Bizim.Media xəbər verir ki, buna səbəb “Elgizlə izlə”də bir qızın reabilitasiya mərkəzində müalicə alan oğlan üçün “onun kimi bəyə ərə getmərəm” deməsi olub.
Bu zaman qəzəblənən aktrisa mərhum oğlu Raufu yada salıb: “Elçilər qapını dağıdırdı? Bu oğlan sənə elçi düşmüşdü? Bütün Azərbaycan xalqının qarşısında dedin ki, “sənin kimi oğlana ərə getmərəm”. Oğluma səndən də yaxşı qız aldım. Bir oğul verdi mənə. Mənim oğlum da bu xəstəlikdən əziyyət çəkirdi.
Mikrofonu onun əlindən alın! Mən danışıram. Sən xəstəlikdən sağalmış adama qırmızı-qırmızı sənə ərə gəlmərəm dedin. Gör heç sənin qapına gəlir? Onun ailəsini tanıyırsan? Mən bunu çəkmişəm. İnsanlar evlərini satırlar.
Bilirsən analar nələr çəkirlər? Belə insanlara əl tuta bilirsinizsə, tutun, tuta bilmirsizsə, xətrinə dəyməyin. Adi bir qığılcım onları yoldan çıxara bilər. 15 il öncə bu reabiltasiya mərkəzləri olsa, balamı itirməzdim. Dağ kimi oğul idi, 5 dil bilirdi. Oğluma elçi gedəndə dedim ki, bu bəlanın yiyəsidir”.
Qeyd edək ki, sənətçinin oğlu 10 il əvvəl həbsxanada vəfat edib.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
00:47 / 02.10.2025
Kübra Əliyeva efirdə QƏZƏBLƏNDİ: “Oğluma səndən də yaxşı qız aldım” - VİDEO
Hazırda oxunan: Kübra Əliyeva efirdə QƏZƏBLƏNDİ: “Oğluma səndən də yaxşı qız aldım” - VİDEO
Hazırda oxunan: Kübra Əliyeva efirdə QƏZƏBLƏNDİ: “Oğluma səndən də yaxşı qız aldım” - VİDEO
273494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.