QALMAQAL: “Nəfəs keçmişini unutmasın!” - VİDEO

QALMAQAL: “Nəfəs keçmişini unutmasın!” - VİDEO

Hazırda oxunan: QALMAQAL: “Nəfəs keçmişini unutmasın!” - VİDEO

273464

Müğənnilər Nəfəslə Nüşabə Musayeva arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, Nüşabə “İncə səhər”də Nəfəsin ünvanına qalmaqllı açıqlama verib.

İfaçı Nəfəsin şəklini digər müğənnilərlə müqayisə edərək bunları söyləyib: “Nəfəs kiminləsə müqayisə olunacaq səsə sahib deyil. Zəifdən də zəifdir, onu kiminlə müqayisə edim? Burada sənətkarlarımızın fotoları var.

Nəfəsdən zəif oxuyan müğənni şəkli yoxdur. Zeynəb Həsəninin şəklini qoya bilərəm, çünki rəfiqə olublar, küsülüdülər. Amma Nəfəsdən qat-qat yaxşı sənətçdir. Nəfəs sənətə gələndə yaxşı idi. Son vaxtlar böyüyə sayğısızlığı, diqqətsizliyi…

Bir də cangüdənlərinin insanlarla pis rəftarı xoşuma gəlmir. Vaxt var idi, Nəfəs mən getdiyim salona şirniyyat bişirib gəlirdi. Bu, pis bir şey deyil. Mən də vaxtında satıcı işləmişəm. Amma Nəfəs vaxtında şirniyyat bişirib satdığını unutmasın. İnsan keçmişini unutmaz, biz sənətkarlara baş əyməliyik.

Salonda gətirib satırdı, mənə yaxınlaşırdı ki, “Nüşabə xanım, sizi çox sevirəm, ifaçı olmaq istəyirəm”. Bu pis bir şey deyil, amma gərək insan keçmişi unutmasın. Böyüklərin hörmətini saxlasın”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO