Ayşe Barım sərbəst buraxıldı

Ayşe Barım sərbəst buraxıldı

Hazırda oxunan: Ayşe Barım sərbəst buraxıldı

273426

Yanvarın 28-də “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə həbs edilən türkiyəli tanınmış menecer Ayşe Barım sərbəst buraxılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı bu gün baş tutan məhkəmədə qərar qəbul edilib.
 

Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətini nəzərə alaraq Barımın şərti olaraq azadlığa buraxılmasına qərar verib. O, ev dustaqlığı və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb və ölkədən çıxışına qadağa qoyulub.


Məhkəmədə Şükran Ovalı, Selma Ergec, Halit Ergenç, Rıza Kocaoğlu, Nejat İşler, Bergüzar Korel, Mehmet Günsür, Zafer Algöz kimi məşhurlar şahid qismində iştirak ediblər.

Xatırladaq ki, Ayşe Barım “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmişdi. Ona 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO