MakSim özünə gəlməyib - Müğənninin nümayəndəsi rahibin sözlərini təkzib etdi

MakSim özünə gəlməyib - Müğənninin nümayəndəsi rahibin sözlərini təkzib etdi

Hazırda oxunan: MakSim özünə gəlməyib - Müğənninin nümayəndəsi rahibin sözlərini təkzib etdi

27324

Müğənni MakSim (Marina Abrosimova) özünə gəlməyib, vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə müğənninin nümayəndəsi məlumat verib.

Bundan əvvəl "Komsomolskaya Pravda" qəzeti rahib Lukaya (Stepanov) istinadən yazmışdı ki, müğənni MakSim özünə gəlib. 

"Xeyr, Marina ağır vəziyyətdədir". Sənətçinin nümayəndəsi “Müğənni həqiqətənmi özünə gəlib?” sualına cavab verərkən belə deyib.

Xatırladaq ki, Abrosimova iki həftədən çoxdur ki, süni tənəffüs aparatına qoşulub. Bütün bu müddətdə o, koma vəziyyətindədir, koronavirus testi isə mənfi çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO