"Zala daxil oldu, oturdu və yıxıldı..." - Cabirin ölüm anının şahidi oldu

"Zala daxil oldu, oturdu və yıxıldı..." - Cabirin ölüm anının şahidi oldu

Hazırda oxunan: "Zala daxil oldu, oturdu və yıxıldı..." - Cabirin ölüm anının şahidi oldu

273001

“Gözəl insan Cabir İmanov məşq prosesində vəfat etməyib. Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı”.

Bizim.Media xəbər verir ki, bunu jurnalist Elvin Elxan sosial şəbəkədəki paylaşımında yazıb.

O, Əməkdar artist Cabir İmanovun ölüm anının şahidi olduğunu bildirib:
 

“Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi. 


Allah rəhmət eləsin!” 

Qeyd edək ki, Əməkdar artist Cabir İmanov bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO