Röya uzun müddət sonra səhnədə: “Dimdik dayanacağam” - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Röya uzun müddət sonra səhnədə: “Dimdik dayanacağam” - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Hazırda oxunan: Röya uzun müddət sonra səhnədə: “Dimdik dayanacağam” - EKSKLÜZİV GÖRÜNTÜLƏR

272482

Xalq artisti Röya Ayxan atasının vəfatından sonra ilk dəfə konsert proqramı ilə çıxış edib. Röya uzun zaman sonra məkanların birində səhnə alıb.

Bizim.Media estrada ulduzunu performans göstərdiyi məkana daxil olarkən görüntüləyib.

Sənətçi deyib ki, bu konserti bir neçə dəfə təxirə düşüb:
 

“Beş dəfə “hə” demişik, sonra dayandırmışıq. Son olaraq da yaşadığım hadisəyə görə təxirə saldıq. Bu gün inşallah işimizə başlayırıq. Dimdik duracağam da, çünki ailəm böyükdür. Bacım, qardaşlarım və onların övladları var. Anam var, hansı ki, bizə görə, çox əziyyət çəkib. İndi də onunla məşğul oluram”.


Qeyd edək ki, estrada ulduzu bir neçə ay öncə atasını itirib. Sənətçi məclislərdə və tədbirlərdə az-az görüntülənir, efirə çıxmır və konsert proqramlarını təxirə salırdı.

Konsertdən özəl kadrları təqdim edirik:


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO