Nadir Qafarzadə: “Qızlarınızı TikTok-dan uzaq tutun!” - VİDEO

Nadir Qafarzadə: “Qızlarınızı TikTok-dan uzaq tutun!” - VİDEO

Hazırda oxunan: Nadir Qafarzadə: “Qızlarınızı TikTok-dan uzaq tutun!” - VİDEO

272205

Müğənni Nadir Qafarzadə qalmaqallı  açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, Nadir “Şou MTV”yə danışarkən TikTok-la bağlı fikirlər səsləndirib.

Qafarzadə söyləyib ki, uşaqlara analar nəzarət etməlidir:
 

“Baxırsan, bugünkü gəncliyimiz “TikTok”larda itib-batır. Hoqqa verirlər, olmaz. Ən çox da günahkar kimdir? Analar. Biz kişilər səhər papağımızı başımıza qoyuruq, o da varsa, qoyuruq, gedirik pul qazanmağa. Evdə uşaqla anası qalır. Əziz gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun.


Qızlarınızı TikTok-dan, “İnstagram”dan uzaq tutun. Vaxtı gələndə həmin sosial şəbəkələrə daxil olacaqlar, amma indi yox. Məsələn, qızlara  oğlan kimi rəqs etdirirlər. Olmaz. Qoyun, qızlarımız xanım kimi böyüsünlər”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO