Xatun gənc duet ortağı ilə eşq yaşayır? - VİDEO

Xatun gənc duet ortağı ilə eşq yaşayır? - VİDEO

Hazırda oxunan: Xatun gənc duet ortağı ilə eşq yaşayır? - VİDEO

272143

Müğənni Xatun Əliyeva gənc duet ortağı Cəzahir Mirzəliyevlə aralarında eşq münasibətərinin olması iddialarına cavab verib.

Bizim.Media xəbər verir ki, Xatun bu barədə “Elgizlə izlə”də danışıb.

İfaçı bu iddiaları nə təsdiq, nə də təkzib edib:

“Lap əzəldən duet ortaqları ilə bağlı belə sözlər deyilir. Fikirlərinə hörmətlə yanaşıram. Biz biznes partnyoruyuq. Bunu nə təkzib edirik, nə də təsdiq. Kimə necə xoşdu elə də qəbul etsin. Dünyanı sevgi xilas edəcək, bir-birimizi sevməliyik. Mahnılarımızı sevgi ilə qəbul edin, paxıllıqla yox”.

Bununla yanaşı, Cəzahir də məsələyə münasibət bildirib:

“Aramızda heç nə yoxdur. Belə bir şey olsa belə, bunu efirə çıxarmarıq. Mən köhnə fikirli insanam. Gül kimi dostuq niyə münasibətimizi pozaq ki? Bu elə məsələdir ki, bununla bağlı açıqlama vermək istəmirəm. Sizin bizi dəvət etməyinizin səbəbi sənətimizdir”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO