Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Hazırda oxunan: Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

271888

Müğənni Əlikram Bayramov efirdə kövrəlib.

Bizim.Media xəbər verir ki, sənətçi “Günə uğurla” verilişində mərhum anasından danışarkən göz yaşlarını saxlaya bilməyib.

Əlikram deyib ki, anasının xəstəliyinə görə, 4-5 il sənəti ilə məşğul olmayıb: “2 yaşımda atamı itirmişəm, məni anam böyüdüb. Dörd-beş yaşıma qədər elə bilirdim ki, ata ilə ana eyni insandır. Ən böyük varlığımı itirmişəm. Həyatımın ən dəhşətli günləri idi. 40 gün özümə gələ bilmədim, depressiyaya düşdüm, xəstəxanaya getdim.

Yaşadığım ən böyük bədbəxt hadisə idi. Beş dekabrı ömrümün ən pis günü kimi qeyd edirəm. Çünki sirdaşımı, atamı-anamı itirdim. Həmin gün heç yerə, toya da getmirəm. Mənim çörəyimi yeyə bilmədi. Şəhərə təzə gəlmişdim, xəstələndi qayıtdım. 4-5 il yollarda qaldım, anamı qoya bilmədim, sənətimlə məşğul ola bilmədim. Onu heç vaxt unutmaram”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO