Orxanla Hüseyn arasında QALMAQAL: “Toyları azalan kimi meyxanadan danışır” – VİDEO

Orxanla Hüseyn arasında QALMAQAL: “Toyları azalan kimi meyxanadan danışır” – VİDEO

Hazırda oxunan: Orxanla Hüseyn arasında QALMAQAL: “Toyları azalan kimi meyxanadan danışır” – VİDEO

271795

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə meyxanaçı Orxan Lökbatanlı arasında qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb Hüseynin “Bəzi meyxanalar gənclərin tərbiyəsini pozur” açıqlaması olub. 

Orxan klarnet ifaçısının sözlərinə əsəbiləşərək “Günə uğurla”da bunları söyləyib:

“Hüseynin toyları azalan kimi, meyxanadan danışır. Mən elə deməzdim ki, uşaqların tərbiyəsini pozur. Tərbiyə evdən başlayır. Evdən tərbiyəli çıxan uşağın çöldə tərbiyəsi pozula bilməz. Tərbiyəsi pozulmağa meyilli adam evdə də pozulacaq, çöldə də. Hər şey qaldı qırağa bir meyxana pozdu tərbiyəni? 
 

Bir-iki ildir müəyyən qadağalar qoyulub, ondan öncə klarnet ifaları ilə də gənclər pozulurdu. Müəyyən musiqilər var idi, dinləyəndə başqa cür yaşamaq istəyirdilər. Kim unudulur, məclisi azalır, meyxanadan danışır. Meyxana deyənlərdən nə istəyirlər? Hüseyn dostumuzdur, amma düz söhbət deyil ki, fakt qoyaram, deyir. Mən qarşına elə fakt  qoyaram ki, bəlkə də daha klarneti əlinə almazsan. 


Efirdə elə şeyləri danışmaq olmaz. Nə olub meyxanaya? Dünyada yeganə sənətdir ki, yalnız Azərbaycanda var. Mən bir klarnet ifaçısı görmədim müharibə vaxtı gedib cəbhədə klarnet çalsın, amma meyxana deyənlər orada idi. Xətirlərinə dəyməsin, söhbət elə Hüseyndən gedir. Efir sözü deyil ki, deyir fakt qoyaram. Hüseynlə münasibətimiz yaxşıdır, indi zəng etsəm, “can” deyəcək. Amma acı dildir, kimə nə gəlsə, deyir. Hansı faktı qoyacaqsan? Lap iki meyxanada zarafat ediblər...”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO