Əslən Cənubi Azərbaycandan olan iş adamı Reza Zarrabın həyatı ekranlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə türk mediasında məlumat yayılıb.
İddiaya görə, ABŞ-də yaşayan iş adamı öz həyat hekayəsini “Netflix” platformasına satıb.
Zarrabın nə qədər gəlir əldə etdiyi ilə yanaşı ssenarinin serialda, yoxsa sənədli filmdə göstəriləcəyi də məlum deyil.
Qeyd edək ki, R. Zarrab illər əvvəl müğənni Günel Zeynalova ilə eşq yaşayıb. Lakin iş adamı Günelə türk müğənni Ebru Gündeşlə xəyanət edib. Bundan sonra Ebru ilə evlənən Rezanın bir qızı dünyaya gəlib. Bu müddət ərzində həbs olunan iş adamının sonralar E. Gündeşə həmkarı
Hadise ilə xəyanət etdiyi iddia olunub.
O, hazırda Amerikada yaşayır və Dilara Altıntop adlı xanımla evlidir.
Sara, Bizim.Media