Cici Hadid mini-kombinezonla fiqurasını nümayiş etdirdi
Supermodel Cici Hadid fiqurasını mini-kombinezonla nümayiş etdirib. Fotolar Daily Mail saytında dərc olunub.
Bizim.Media xəbər verir ki, paparassilər 30 yaşlı Cici Hadidi Nyu-Yorkun Soho bölgəsində Maybelline brendi üçün çəkiliş zamanı görüntüləyiblər. Supermodel tünd-göy rəngli cins mini-kombinezon geyinib, onu dəri kəmər və botinkalarla tamamlayıb. Saçlarını arxadan səliqəli, aşağı quyruq formasında yığıb, makiyajda isə qara layner, allıq və pomada tətbiq edilib.
Yaxınlarda Radar Online nəşri insayderə istinadən yazmışdı ki, Bredli Kuper Cici Hadidlə evlənmək fikrini təxirə salıb, çünki “nikahdan qorxur”. Baxmayaraq ki, sevgililər iki ildən çoxdur münasibətdədirlər, aktyor uzunmüddətli öhdəliklər düşüncəsindən çəkinir. Mənbənin sözlərinə görə, Kuper valideynlərinin nikahını ideallaşdırır və bu səbəbdən belə bir addım atmaqda çətinlik çəkir.
Bununla belə, Cici Hadidin anası Yolanda qızının aktyorla evliliyində israr edir.
Mənbə bildirib: “Yolanda görür ki, Cici Bredlini çox sevir və qızının xoşbəxt və güvən içində olmasını istəyir — həm də mümkün qədər tez.”
Daha əvvəl Bredli Kuper nişanı təxirə saldığı barədə şayiələrdən sonra Cici Hadidlə birlikdə ictimaiyyət qarşısına çıxmışdı.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:15 / 16.09.2025
Cici Hadid mini-kombinezonla fiqurasını nümayiş etdirdi - FOTO
Hazırda oxunan: Cici Hadid mini-kombinezonla fiqurasını nümayiş etdirdi - FOTO
Hazırda oxunan: Cici Hadid mini-kombinezonla fiqurasını nümayiş etdirdi - FOTO
270723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.