Türkiyəli məşhur sənətçi Mahsun Kırmızıgül jurnalistlərə qəribə vəsiyyət edib.
Bizim.Media xəbər verir ki, sənətçi bunu sosial şəbəkə hesabında açıqlayıb:
“Sənətkarın əməyini, konsertlərini, zəhmətini dəyərləndirmirsiniz. Onlar sağ ikən onlara məhəl qoymursunuz. Təəssüf ki, sənətçilər öləndə birdən onları xatırlayırsınız... Edip Akbayram, Volkan Konak, Ferdi Tayfur, Özkan Uğuru itirəndə bu faciəli vəziyyətin saysız-hesabsız şahidi olmuşuq.
Halbuki sənətkar xalqı üçün istehsal edir.
Onlar öz tərləri və zəhmətləri ilə dəyər qatırlar. Amma bu gün əksər xəbər kanalları və xəbər bülletenləri sənətçinin səsini göstərmək əvəzinə, korrupsioner oğrulara, ikiüzlü fırıldaqçılara, gündəlik maraqların təmsilçilərinə yer verir. Ayıb olsun sizə!”
O sözlərinə bir zamanlar Mehmet Ali Birand, Ali Kırca, Reha Muxtar, Ufuk Güldemir, Uğur Dündar, Savaş Ay kimi əsl jurnalistlərin olduğunu yada salaraq davam edib:
“Xalq artistlərini, onların əməyini müdafiə edirdilər; sağ ikən onların dəyərini qiymətləndirib, sənətçiləri manşetlərə çıxarırdılar. Bu gün gəldiyimiz nöqtə utancvericidir.
Bundan sonra bizi görməyənləri görməyəcəyik! Mən indi bizimlə olan, zəhmətimizi tanıyan, zəhmətimizə hörmətlə yanaşan, xəbərlərində işıqlandıran media qurumlarının proqramlarında iştirak edəcəyəm.
Bu da mənim son sözüm, vəsiyyətimdir: Əgər bir gün başıma bir iş gəlsə və ya dünyadan getsəm, məndən xəbər verməyin, dəfnimə gəlməyin! Gedin, dəyərli hesab etdiyiniz oğrular, uşaqlarımızın gələcəyini oğurlayanlar haqqında xəbər verməyə davam edin. Sənətkarın dəyəri sağ ikən bilinməyəndə onun ölümündən sonra deyilən sözlər mənasız olur”. (qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:41 / 12.09.2025
“Ayıb olsun sizə, dəfnimə gəlməyin!”
Hazırda oxunan: “Ayıb olsun sizə, dəfnimə gəlməyin!”
Hazırda oxunan: “Ayıb olsun sizə, dəfnimə gəlməyin!”
270006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.