İki gün əvvəl məşhur müğənni Nadir Qafarzadənin oğlunun təmtəraqlı toy mərasimi keçirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdən də məlum olub ki, tanınmış simaların böyük əksəriyyəti məclisdə iştirak edib.
Bəs həmin toyda kimlər iştirak etməyib?
MÖVZU İLƏ BAĞLI:
Nadirin oğlunun toyudur - FOTO/VİDEO
Bu barədə Bizim.Media-ya açıqlama verən sənətçi bildirib ki, demək olar, hər kəsi dəvət edib:
“Əvvəlcədən siyahımda 250 nəfər var idi. Amma əlavə masalar da açdırdım. Mənim siyahımda elə adamların adları var ki, tanış deyildim. Ola bilər kimisə unutmuşam. Amma əsas odur ki, hamı gəldi, can-başla iştirak etdi. Toy çox möhtəşəm alındı və mən hər kəsin sevgisini, hörmətini hiss etdim”.
Nadir Qafarzadə əlavə edib ki, sənət dostlarının bir qismi gecikdiyinə görə səhnədə çıxış edə bilməyib:
“Dəyərlimiz Murad Arif oxuya bilmədi, Namiq Qaraçuxurlu və Ədalət Şükürov da eynilə növbə çatmadığı üçün səhnəyə çıxmadılar. Amma Samir Cəfərov, Mənsum İbrahimov kimi sənətkarlarımız iştirak etdilər. Mən çalışdım ki, hər kəsə diqqət göstərə bilim. Hətta özüm üçün ayrıca masa belə ayırmamışdım”, - deyə o bildirib.
Müğənni onu da vurğulayıb ki, toyunda küsülü olduğu heç kim yox idi:
“Faiq Ağayevlə aramızda inciklik olmuşdu, amma mən onu dəvət etdim, sağ olsun, gəldi. Divamızın iştirakı da məclisə xüsusi rəng qatdı. Məncə, heç kim məndən inciməməlidir. Bu toy tamamilə konsert abu-havasında keçdi”.
Aygün Hüseyn, Bizim.Media