Timati axtarışa verildi

Timati axtarışa verildi

Hazırda oxunan: Timati axtarışa verildi

269247

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) reper Timur Yunusova (səhnə adı – Timati) qarşı Ukrayna ərazisinə, Kiyevin nəzarətində olmayan bölgələrə qanunsuz daxilolma maddəsi üzrə qiyabi ittiham irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin bazasında göstərilir ki, UTX Timatini 1 iyuldan axtarışa verib. Hələ 13 iyunda ona qiyabi ittiham elan olunmuşdu.

Xatırladaq ki, reper 2017-ci ildən Ukraynanın “Mirotvorets” adlı saytının “ekstremistlər bazasında” da yer alır.
 

Qeyd edək ki, UTX mütəmadi olaraq Rusiya siyasətçilərinə, hərbçilərinə, mədəniyyət və ictimai xadimlərinə qiyabi ittiham irəli sürür. 


Bundan əlavə, Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə rusiyalı və xarici vətəndaşlara qarşı sanksiyalar tətbiq edən fərmanlar imzalayıb, onları Rusiya ilə əməkdaşlıqda ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO