Aktrisanın serialdakı görünüşü maraq doğurdu - FOTO

Aktrisanın serialdakı görünüşü maraq doğurdu - FOTO

Hazırda oxunan: Aktrisanın serialdakı görünüşü maraq doğurdu - FOTO

269148

Türkiyəli aktrisa Vildan Ataseverin "Aile Seadeti" serialında canlandırdığı Tülay obrazı ilə son dövrlər diqqət mərkəzinə düşüb. Serialdakı görünüşündəki fiziki dəyişiklik, yəni kilolu görkəmi tamaşaçılar arasında maraq doğurub.

Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 44 yaşlı aktrisa hazırda 5 aylıq hamilədir və oğul övladı dünyaya gətirəcək. Bu səbəbdən də onun fiziki görünüşündəki dəyişiklik təbii qarşılanır.

Qeyd edək ki, Vildan Atasever 2021-ci ildə tanınmış müğənni Mehmet Erdem ilə ailə həyatı qurub.

Xatırladaq ki, aktrisa "Aile Seadeti" serialında Tülay obrazını canlandırır. O, bundan əvvəl "Kurtlar Vadisi", "Osmanlı Tokadı", "Muhteşem Yüzyıl: Kösem", "Payitaht Abdülhamid", "Kasaba Doktoru" və digər məşhur layihələrdə də rol alıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO