Məşhur türkiyəli yutuberlər Orkun Işıtmak və Tuna Tavus bir müddət əvvəl Bakıda olublar.
Bizim.Media xəbər verir ki, Tuna şəhərdə hazırladıqları vloqu rəsmi yutub hesabında yayımlayıb.
Milli mətbəximizin müxtəlif təamlarını dadan yutuberlər yeməkləri bəyəndiklərini vurğulayıblar.
Orkunla Tuna Azərbaycanda toyda iştirak ediblər. Orkun məclisdə sırf çəkiliş üçün ayrılan teknikanın qonaq olduqları verilişdəkindən belə çox olmasına heyrətləndiklərini əlavə edib:
"Belə bir teknika heç bir toyda görməmişəm. Çəkiliş etmək üçün 10-15 kamera var. Dron belə var. Belə bir şey görməmişdim. Bütün televizorlarda məclisi canlı verirlər. İnanılmazdır. Toyda dron var, şok içindəyəm. Vallah, ilk dəfədir ki, belə şeylər görürəm. Bu sektoru təcili Türkiyəyə gətirək.
Maraqlısı da budur ki, foyedə yemək qoyublar və bitmir.
Türkiyədə olsa, talan etmişdilər. Mən olsam, hamısını yemişdim. Burada hər şey var. Ağlımda Azərbaycanda ən çox yadında nə qaldı deyə soruşsalar, "toydakı çəkiliş qrupunun səviyyəsi" deyərəm. Getdiyimiz televiziya kanalında belə bu, yox idi".
Orkun toyda təqdim edilən yeməklərlə bağlı fikirlərini də dilə gətirib:
"Belə bir toy süfrəsi ola bilməz. İnanılmazdır, həqiqətən. Belə bir toy etsəm, qonaqlara bu qədər yemək versəm, batmışdım".
Tuna isə "Yutubdan qazandığımız pulla belə bir toy edə bilmərik" deyə, həmkarının fikirlərini dəstəkləyib.
Video bir gün ərzində 400 mindən çox baxış toplayıb. (axsam.az)
Bizim.Media