Məhkəmə Vəfa Şərifovanı təhqir edən qadına CƏZA VERDİ

Məhkəmə Vəfa Şərifovanı təhqir edən qadına CƏZA VERDİ

Hazırda oxunan: Məhkəmə Vəfa Şərifovanı təhqir edən qadına CƏZA VERDİ

268749

Xocavənd Rayon Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir edən şəxs barəsində qərar elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "oxu.az"a V.Şərifovanın vəkili Elməddin Məhərrəmov deyib.
 

O bildirib ki, məhkəmənin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub.


Qərara əsasən, A.Məmmədovaya elektron nəzarət qolbağı tətbiq edilib. O, hər gün 4 saat olmaqla 480 saat ictimai işlər görməyə məhkum edilib.

Xatırladaq ki, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında "TikTok" platformasında "zuzu_muzisiyev" adlı hesabla Vəfa Şərifovanı təhqir edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO