Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan növbəti dəfə onunla bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Malayziyada medal qazanan Canan hava limanında “Xəzər axşamı” verilişinə danışıb. Sənətçinin övladı deyib ki, hər an anasını düşünür:
“Fikrimcə, yolum incəsənətdir. Allah mənə o yolu açıb. Planımda musiqi yoxdur, rəssamlıqla aram yaxşıdır. Alınsa, animatorluq, ya da illustratorluq istəyirəm. İstəyərdim ki, anam mənimlə fəxr etsin. Bunun üçün də çalışmaq lazımdır. Anam haqqında hər gün düşünürəm, harada olsam da, istər Malayziyada, Azərbaycanda istərsə də Qətərdə, hər an onu fikirləşirəm. Hər gecə anamı yuxumda görürəm. Anam ağlımdan çıxmır”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:26 / 03.09.2025
Aygün Bəylərin qızı: “Anam ağlımdan çıxmır” - VİDEO
Hazırda oxunan: Aygün Bəylərin qızı: “Anam ağlımdan çıxmır” - VİDEO
Hazırda oxunan: Aygün Bəylərin qızı: “Anam ağlımdan çıxmır” - VİDEO
268510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.