Ayrılıq səbəbi bu imiş

Ayrılıq səbəbi bu imiş

Hazırda oxunan: Ayrılıq səbəbi bu imiş

267303

Məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancının üç ildir davam edən münasibəti gözlənilmədən başa çatıb.

Bizim.Media xəbər verir ki, ayrılığın pərdəarxasında isə Hakan Sabancının anası Arzu Sabancının evliliyə razılıq verməməsi olduğu iddia edilir.

Erçelin sosial mediada birlikdə çəkilən şəkilləri silməsi isə söz-söhbətləri daha da gücləndirib.
 

Bir müddətdir evlilik yolunda olduqları deyilən cütlüyün sürpriz şəkildə ayrılması magazin gündəmini silkələyib. Hande Erçelin “Instagram” hesabından Sabancı ilə romantik fotolarını silməsi, "ayrılıq artıq qəti" kimi dəyərləndirilib.


Cütlüyün yollarını ayırmasının əsas səbəbi kimi "ailə faktoru" göstərilir. İddialara görə, Hande Erçel evlilik qərarı versə də, Arzu Sabancı bu nikaha müsbət yanaşmayıb. Anasının etirazından sonra cütlüyün İtaliya səfərindən dönüşdə ayrılıq qərarı aldığı irəli sürülüb.
 

Arzu Sabancının sosial media paylaşımı da böyük rezonans doğurub. O, “Instagram” hesabında belə yazıb:


"Cəhalət də yuxu kimidir. Səni oyadan insana ilk reaksiyan qəzəb olar."

Bu paylaşım qısa müddətdə gündəmi zəbt edib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO