Məşhur müğənninin evliliyi saxta olub? - AÇIQLAMA

Məşhur müğənninin evliliyi saxta olub? - AÇIQLAMA

Hazırda oxunan: Məşhur müğənninin evliliyi saxta olub? - AÇIQLAMA

267275

Dünyaca məşhur müğənni Britni Spirs və fitnes-məşqçi Sem Asqari 2016-cı ildə müğənninin kliplərindən birinin çəkilişində tanış olublar və altı il sonra ailə həyatı qurublar.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hazırda S. Asqari ilə boşanan ifaçı bir neçə gün öncə etdiyi açıqlama ilə gündəmə gəlib.

O, bu evliliyin onun həyatının ən çətin dövrlərindən biri olduğunu deyib.
 

Müğənninin sözlərinə görə, həmin vaxt o, Kevin Federlayndan olan övladları ilə görüşə bilməyib, Asqari ilə evliliyini isə saxta adlandırıb.


Fitnes-məşqçi isə bu açıqlama ilə razılaşmayıb. “People” jurnalına verdiyi müsahibədə o bunları deyib: “Bizim evliliyimiz mənim üçün tamamilə həqiqi idi. Bəli, ola bilsin qısa oldu, amma biz yeddi il birlikdə olduq. Mən Britniyə səmimi şəkildə aşiq idim, onu həmişə sevəcəyəm və ona həmişə ən yaxşısını arzulamışam”. (News24.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO