Boşandı, konsert qiymətləri 2 dəfə artdı

Boşandı, konsert qiymətləri 2 dəfə artdı

Hazırda oxunan: Boşandı, konsert qiymətləri 2 dəfə artdı

266908

Rusiyalı məşhur müğənni Alsu biznesmen həyat yoldaşı Yan Abramovdan ayrıldıqdan sonra konsert qonararlarını nəzərdən keçirib. 

Bizim.Media "Super.ru"-ya istinadən xəbər verir ki, bundan öncə müğənnini korporativ tədbirə və ya şəxsi məclisə dəvət etmək 2 milyon rubla başa gəlirdisə, indi bu məbləğ 5 milyon rubla qədər artıb.
 

Alsunun rayderində yeni tələblər meydana çıxıb. Təşkilatçılar biznes-sinif aviabilet, təcrübəli kişi sürücüsü olan "Mercedes-Maybach" markalı avtomobil, həmçinin müğənni üçün lüks otel nömrəsi təmin etməlidirlər. Bu nömrənin yanında onun mühafizəçisi üçün ayrıca otaq da bron olunmalıdır.


Müğənninin sözlərinə görə, hazırda ona çoxlu təkliflər gəlir və o, müxtəlif sahələrdə özünü sınayır. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO