Emin Ağalarov əfsanəvi idmançı ilə görüşdü - VİDEO

Emin Ağalarov əfsanəvi idmançı ilə görüşdü - VİDEO

Hazırda oxunan: Emin Ağalarov əfsanəvi idmançı ilə görüşdü - VİDEO

266491

Xalq artisti, tanınmış müğənni və iş adamı Emin Ağalarov serbiyalı dünya tennisinin canlı əfsanəsi, çoxsaylı “Böyük Dəbilqə” qalibi Novak Cokoviçlə görüşüb.

Bizim.Media “Musavat.com”a istinadən xəbər verir ki, görüş Monteneqroda baş tutub.

Dünyaca məşhur tennisçi ilə qarşılaşma zamanı xoş anlar yaşanıb və dostluq atmosferi müşahidə olunub.
 

Emin Ağalarov həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşımında Cokoviçi idman dünyasının ən güclü simalarından biri kimi dəyərləndirib və görüşün onun üçün unudulmaz təcrübə olduğunu qeyd edib.


Qeyd edək ki, Novak Cokoviç 24 “Böyük Dəbilqə” turnirinin qalibi olmaqla tennis tarixində ən uğurlu idmançılardan biridir. Emin Ağalarov isə yalnız musiqi fəaliyyəti ilə deyil, həm də beynəlxalq səviyyədə dostluq əlaqələri və sosial münasibətləri ilə seçilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO