Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib. R. İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, onun barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
R. İsmayılova iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:30 / 21.08.2025
Rəqsanə ilə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Rəqsanə ilə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Rəqsanə ilə bağlı QƏRAR VERİLDİ
266326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.