Afət Fərmanqızı Rəqsanənin həbsindən DANIŞDI

Afət Fərmanqızı Rəqsanənin həbsindən DANIŞDI

Hazırda oxunan: Afət Fərmanqızı Rəqsanənin həbsindən DANIŞDI

266177

Son günlər müğənni Rəqsanə İsmayılovanın dələduzluq ittihamı ilə Rusiyada həbs olunması şou-biznes aləmində geniş müzakirələrə səbəb olub. Tanınmış sənətçilər mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirirlər.

Bizim.Media məsələ ilə bağlı Rusiyada yaşayan tanınmış müğənni Afət Fərmanqızı ilə əlaqə saxlayıb.

Müğənni bildirib ki, hadisənin mahiyyəti barədə dəqiq məlumata malik deyil, sadəcə ailəsinə səbr diləyib:
 

“Mən Aysun xanıma səbr arzulayıram. Onun möhkəm olması vacibdir. Hazırda Aysun xanımın karyerasının çiçəkləndiyi vaxtdır və bu hadisə ona əlbəttə ki, mənfi təsir edə bilər. Amma həyat bir sınaqdır, insan güclü olmalıdır”, - deyə Afət Fərmanqızı qeyd edib.


Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
 

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.


Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO