Tanınmış azərbaycanlı iş adamı, Xalq artisti Emin Ağalarov (Emin) dünyaca məşhur pop ulduz Cennifer Lopezi (Jennifer Lopez) Bakıya gətirir. Bu barədə Emin özünün rəsmi “Instagram” hesabında məlumat paylaşıb.
Bizim.Media xəbər verir ki, müğənni açıqlamasında Lopezlə bağlı xatirələrini bölüşüb, onunla tanışlıq hekayəsini danışıb və şəxsi arxivindən foto və videolar təqdim edib. Emin həmçinin Lopez-in Bakıda keçiriləcək konsertinə hazırlıqların artıq başladığını vurğulayıb.
Musavat.com xatırladır ki, CeyLo (Jennifer Lopez) son zamanlarda bölgədə bir sıra konsertlər verib. O, Ermənistanda böyük tamaşaçı auditoriyası toplayıb, daha sonra isə Özbəkistanda möhtəşəm konsert proqramı ilə çıxış edib. İndi isə növbə Azərbaycana çatıb.
Cennifer Lopezin Bakıya gəlişi ölkə musiqi həyatında böyük hadisə kimi dəyərləndirilir. Dünyaca məşhur ulduzun heyranları üçün bu xəbər gözlənilən ən sevindirici xəbərlərdən biridir. Emin Ağalarovun təşkil etdiyi bu konsertin əsl musiqi bayramına çevriləcəyi gözlənilir.
Emin Ağalarovun paylaşdığı videoda bu görüntüləri izləmək mümkündür.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:47 / 19.08.2025
Emin Ağalarov Cennifer Lopezi Bakıya gətirir – konsertə hazırlıq başladı - VİDEO
Hazırda oxunan: Emin Ağalarov Cennifer Lopezi Bakıya gətirir – konsertə hazırlıq başladı - VİDEO
Hazırda oxunan: Emin Ağalarov Cennifer Lopezi Bakıya gətirir – konsertə hazırlıq başladı - VİDEO
266001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.