Xalq artisti Naibə Allahverdiyeva şou-biznes nümayəndələrini şəhid ailəsinə yardım etmədikləri üçün tənqid edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında video yayımlayıb.
"Şou-biznesin bəzi əhli, sizə ayıb olsun. Bir şahid ailəsi sizə mesaj yazıb ki, əl işini paylaşıb dəstək olasınız. Siz isə ona cavab belə verməmisiz”.
Aktrisa bildirib ki, şəhid ailəsindən olan Aynur adlı xanım ona saç düzümü edib və sənət adamlarından kömək istəyib.
Lakin heç kim ona yardım etməyib. Elə bu səbəbdən də Xalq artisti şou-biznes nümayəndələrini təhqir edib:
"Bizim hamımızın şəhidlərə borcluyuq. Siz kimsiniz axı? Heç kimsiniz. Nə sənətkar kimi sənətkar, nə də adamsınız. Ölüb gedəndə heç it dəftərində adınız olmayacaq. O şəhidlər isə daim xalqın qəlbində yaşayacaq".
Bizim.Media