Qumral: “Dənizdə hamı mənə baxır” - VİDEO

Qumral: “Dənizdə hamı mənə baxır” - VİDEO

Hazırda oxunan: Qumral: “Dənizdə hamı mənə baxır” - VİDEO

261076

Müğənni Qumral dənizdə istirahət edərkən insanların ona qəribə baxmasından gileylənib. 

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabının "hekayə" bölməsində paylaşım edib.

O, insanların ona qeyri-adi və şübhəli baxışlarından narahat olduğunu bildirib: “Dənizdə olanda hamı mənə şübhə ilə baxır. Ay başınıza dönüm, Qumral da istirahət etməlidir, dənizdən istifadə etməlidir, günəşlənməlidir, D vitamini qəbul etməlidir. Dəniz daha xeyirlidir, daha gözəldir”.

İfaçı izləyicilərinə yaxın olduğunu xatırladaraq, vurğulayıb: “Mən də sizin kimi sıravi vətəndaşam. Özümü heç vaxt sizlərdən seçməmişəm, yuxarıdan aparmamışam. Həmişə sizin arasındayam. Heç nəyi kompleks etmirəm. İnsanlardan ürkmürəm, nə də çəkinmirəm”.

Qeyd edək ki, Qumral sosial şəbəkələrdə aktivliyi və açıq fikirləri ilə seçilən sənətçilərdəndir. (Yenisabah.az)

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO