"Ad günümdə çox ağladım"

"Ad günümdə çox ağladım"

Hazırda oxunan: "Ad günümdə çox ağladım"

258342

Əməkdar artist Sevda Ələkbərzadə sonuncu solo konsertindən danışıb.

Bizim.Media xəbər verir ki, müğənni "Günə bax" proqramında qonaq olarkən bir çoxlarının ondan pulsuz bilet istəməsindən danışıb.

Ələkbərzadə bildirib ki, konserti üçün sponsoru olmayıb: "Pərəstişkalraım var idi, yaxınlaşıb bilet istəyirdilər. Reaksiyanı görürdüm ki, insan təəccüblənir necə bilet alım? Mən necə bilet alım? Kiminsə sənətini sevirəmsə, konsertidirsə, pul ödəyib gedəcəyəm. Yeməyi sevəndə restoranda sifariş edir və pulunu verirsən.

Konsert sponsorsuz keçdi, ancaq bilet satışından pul əldə etdik. mümkün deyildi ki, başqa nədəsnsə pul alaq. Heç öz maşımı düşünmürdüm. Oradakı musiqiçilər və digər çalışanların pulunu düşünürdüm".

Ad günü olan S. Ələkbərzadə hisslərini bölüşüb:

"Həyatın hər günü, saniyəsi gözəldir. Sadəcə, bunu dərk etmək lazımdır. 30 yaşım olanda ad günümdə çox ağladım ki, qocalıram. Amma yaş keçdikcə anlayırsan ki, bu, Allahdan bir nemətdir. Hər ilim, günüm, saniyəm gözəldir". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO