Əməkdar artist qonorardan ŞİKATƏTÇİDİR: “Aya 1000 manat verdilər” - VİDEO

Əməkdar artist qonorardan ŞİKATƏTÇİDİR: “Aya 1000 manat verdilər” - VİDEO

Hazırda oxunan: Əməkdar artist qonorardan ŞİKATƏTÇİDİR: “Aya 1000 manat verdilər” - VİDEO

257834

Əməkdar artist Mehriban Xanlarova qonorardan şikayətlənib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Bizimləsən”də danışıb.

Aktrisa deyib ki, istədiyi qonorarı verməsələr, seriala, ya da çəkilməyəcək:

“İstədiyim qonorarı verməsələr, heç bir layihəyə çəkilən deyiləm. Çəkilmişik, amma qonorar az olub. Necə ki, xarici ölkələrdə bəh-bəhlə alırlar, elə... Bu yaxınlarda çəkildiyim layihədən aya 1000 manat aldım.
 

Sona gizlədir, amma onlara qəpik-quruş veriblər. O, indi nəyəsə hörmət edib demir, amma mən deyirəm. Heç nədən qorxacağım yoxdur, reklama ehtiyacım yoxdur. Bu sənətə 18 yaşımda baş rolla addım atmışam. Baxırsan ki, dünən gəlib, heç nədir, amma deyir, “1500 manat, ya da filan qədər pul almışam”.


Fikirləşirsən ki, xeyir ola? Mən gözümə dərman, soğan suyu töküb ağlamıram, yalandan yıxılmıram, başımı yerə vurmuram. Elə oynayıram ki, sənin də için ufuldasın. Deyirlər, “vay, yazığın başı getdi”, bunu eşidirəm. Sənətkarlıq budur. Bu gün elə Xalq artistlərimiz var ki, indi də pafosla oynayırlar”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO