“Biri toya 56 milyon xərcləyir, digəri 1 kq meyvə ala bilmir” - Nura Suri

“Biri toya 56 milyon xərcləyir, digəri 1 kq meyvə ala bilmir” - Nura Suri

Hazırda oxunan: “Biri toya 56 milyon xərcləyir, digəri 1 kq meyvə ala bilmir” - Nura Suri

257689

Müğənni Nura Suri son günlər baş verən hadisələrlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Nura sosial media hesabında bunları yazıb:

“Belə bir dünyada yaşamaq məni sarsıdır və qorxudur. İnsanlar çox qəddarlaşıb. Rusiyada yaşayan azərbaycanlılara görə narahatam. Müharibələrdən bezmişəm.

Bitmir dünyadakı müharibələr. Belə bir dünyada, indiki zamanda valideyn olmazdan əvvəl düşünün. Belə bir dünyaya özünüzdən bir can gətirmək istəyirsinizmi?
 

Hər gün dünyada məhsulların qiyməti artır. Dünyanın bəzi ölkələri su qıtlığından əziyyət çəkir. Bəziləri isə rəsm əsərlərinə milyonlara pul ödəyib, evinin divarından asır. Çox absurd bir dünyada yaşayırıq. Kimsə 1 günlük toy tədbirinə 56 milyon xərcləyir, kimsə övladlarına 1 kiloqram meyvə almağa çətinlik çəkir.


Ədalət sözü yalnız yazılan kitablarda söz olaraq qalır və başqa heç bir məna kəsb etmir artıq. Sevgi də, hörmət də pulla alınır”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO