Elzadan maraqlı AÇIQLAMA: “Mənə kimsə ev versə, tarixdə qalacaq” - VİDEO

Elzadan maraqlı AÇIQLAMA: “Mənə kimsə ev versə, tarixdə qalacaq” - VİDEO

Hazırda oxunan: Elzadan maraqlı AÇIQLAMA: “Mənə kimsə ev versə, tarixdə qalacaq” - VİDEO

257478

Əməkdar artist Elza Seyidcahan sponsorlardan gileylənib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə”də danışıb.

O bildirib ki, sponsorlar sənətə yatırım etmirlər: “Təəssüflər olsun ki, indi sponsorlar yatırımı daş-divarlara edirlər. Demək istəyirəm ki, bu pul o qədər şirindir ki... Bunu hər müğənniyə demirlər, amma mənə ağıllı insanlar deyirlər ki, iş adamları hara baxırlar? Sənin sənətin xalqımıza, gələcəyimizə, bəşəriyyətə lazımdır.

Ağıllı insan Elzanın sənətinə yatırım edər, həm savab qazanar, həm pul. Binalar tikirlər, ya sata bilirlər, ya yox. Hətta bir şeirim də var, deyir, adamsız evlər ağlayır, ərsiz arvadlar kimi... Mənim kimi bəstəkar evsizdir, istəsəm, birini verməzlər. Halal xoşları olsun, bəlkə də yadından çıxarıb, neçə evi var. İnsan gərək Allah qarşısında savab etsin, xalqı üçün tarixdə qalan iş görsün.

Mənə kimsə ev versə, tarixdə qalacaq ki, Elza Seyidcahana ev verdi. Bizim ağıllı iş adamlarımız var, mənim simamda istedadlı insanlara yatırım etsinlər, hansı ki, onlarda yenilik var. Kimisə sevib, aşiq olub deyə yox... Sənətə yararsız insanları, virusları gətirirlər, böyük günah qazanırlar”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO