Aparıcı İlqar Mikayıloğlu həmkarlarına səslənib.
Bizim.Media xəbər verir ki, aparıcı verilişi zamanı bir çox həmkarının onu təkrarladığını deyib. Mikayıloğlu aparıcılara və sənət adamlarına səslənib:
"Qonaq dəvət edəndə seçirik. Getdikcə, xanəndələri, muğam ustalarını dəvət etməyə başladıq.
Bizə bu lazım idi. Sübut da olundu ki, onlar reytinq verir, biz düz yoldayıq. Son zamanlar həmin sənət adamlarını başladı başqa verilişlər də çağırmağa. Əvvəl başqalarını çağırırdılar, artıq əsl sənət adamlarını dəvət edirlər. Amma onları ucuz qalmaqala aparırlar. Elə həmin sənət adamlarına deyirəm ki, həmin studiyada özlərini başqa cür aparsınlar. Sizin sənətiniz, səsiniz, tərbiyəniz, əxlaqınız var.
Sizin kimi insanları çağıranda özümü başqa cür aparmışam. Ucuz qalmaqala getməyin.
Hörmətli aparıcılar, səs, sənət sahiblərinə toxunmayın. Gəlsin canlı oxusun, sənətindən danışsın. Onları ucuz qalmaqala sürükləməyin. Hələ ki, xahiş edirəm". (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
06:16 / 29.06.2025
"Muğam ustaları, ucuz qalmaqala getməyin"
Hazırda oxunan: "Muğam ustaları, ucuz qalmaqala getməyin"
Hazırda oxunan: "Muğam ustaları, ucuz qalmaqala getməyin"
257129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.