Bu gün tanınmış aşıq Ədalət Dəlidağlının doğum gündür. Ə.Dəlidağlı 1967-ci il fevralın 1-də Kəlbəcərin Yellicə kəndində anadan olub.xa0
Həmkarını təbrik edən Aşıq Əhliman Moderator.az-a açıqlamasında öz xoş təəssüratlarını bölüşüb:
“Ədalət Dəlidağlını təbrik edirəm. Onu özümə qardaş hesab edirəm. Sənəti də gözəldir, özü də bütöv adamdır. Deyir ki,
Söyüdü badama calaq etdilər,
Söyüd pöhrələndi, badam olmadı.
Nadana nə qədər elm öyrətdilər,
Nadan alim oldu, adam olmadı.
Ədalət həm gözəl insandır, həm də gözəl sənətkardır. Ona görə bu şeiri dedim. Ədalətin sənəti Kəlbəcərdən, Dədə Şəmşirdən qaynaqlanıb.
Qarasındadır, gözümün qarasındadır,
Dədə Şəmşir kimi ustadlar.
Qorqudlar, Peyğəmbərlər sırasındadır.xa0
Kəlbəcər çox böyük sənətkarlar yetişdirib. Onların arasında bizim Ədalət Dəlidağlı qardaşımız da addımlayır. Bir daha təbrik edirəm və sizə də can sağlığı arzulayıram.xa0
İlahi sizdən əyməsin,
Şər qapınızı döyməsin,
Yaradandan bir arzum var,
Sağlamlığınıza dəyməsin”.xa0
Vasif Əlihüseyn































































































