Türkiyəli keçmiş model və aktrisa Didem Uzel sosial şəbəkədə yaydığı emosional video ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, avtomobil sürərkən təsadüfən çəkdiyi görüntülərdə o, ABŞ-yə geri dönüş qərarının çətinliklərindən danışıb.
Oğlu Aslanın üzülməməsi üçün gizlicə ağladığını bildirən Uzel, İstanbuldan tam ayrılmadıqlarını və iki ölkə arasında yaşamlarını davam etdirəcəklərini vurğulayıb.
2012-ci ildə iş adamı Səlim Sarı ilə ailə quraraq ABŞ-yə köçən, 2016-cı ildə oğlu Leo Aslanı dünyaya gətirən Uzel, son illərdə Türkiyədə yaşayırdı. Lakin həyat yoldaşının işi səbəbilə ailə yenidən Nyu-Yorka dönür. Uzel, "Bu dəfə evimizi tam köçürmürük, İstanbul da həyatımızın bir parçası olaraq qalacaq," deyib. (musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:45 / 27.06.2025
ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO
Hazırda oxunan: ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO
Hazırda oxunan: ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO
256951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.