Günel hindistanlı həyat yoldaşından danışdı - FOTO

Günel hindistanlı həyat yoldaşından danışdı - FOTO

Hazırda oxunan: Günel hindistanlı həyat yoldaşından danışdı - FOTO

256935

Keçmiş aparıcı Günel Musəvi hindistanlı iş adamı ilə ailə qurmasından danışıb. 

Bizim.Media xəbər verir ki, hazırda Amerikada yaşayan Günel bu haqda Səxavət Nurun "Americano" yutub layihəsində söz açıb:

"Yoldaşımın anası amerikanlı, atası hindistanlıdır. Krişna soyadını ondan götürdüm. Uşaqlıqdan hind filmləri ilə böyümüşəm.

Uşaq vaxtı məni hind qızlarına oxşadırdılar. Elə oldu hind ailəsinə gəlin köçdüm. Həyat yoldaşım Amerikada böyüyüb. Anası onu amerikanlı mədəniyyəti ilə böyüdüb. Amma içində hind mədəniyyəti, ənənəsi var. 
 

Uşaqlarım da hindlidir. Amma istəyirəm onlar Azərbaycan mədəniyyətini də öyrənsin, öyrədirəm də. Gec yaşda ana olmuşam. Ona görə indi özümü ailəyə sərf etmişəm. Yoldaşım elə şərait yaradıb ki, işləməyə ehtiyacım yoxdur".


Qeyd edək ki, Günelin iki övladı var. (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO